Əlilliyin müəyyən olunması meyarları təsdiqləndi

Əlilliyin müəyyən olunması meyarları təsdiqləndi
Oxunma sayı: 2480

“Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, əlilliyin ənənəvi üç dərəcə əvəzinə, orqanizmin funksiyalarının pozulması faizi əsasında qiymətləndirilməsi yanaşması əsas götürülüb. Belə ki, I, II və III dərəcələr müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi hesab olunur.

Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də, fərqli faiz aralıqları üzrə 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.

Bu Qərar 2022-ci il iyulun 1-dən qüvvəyə minir.