“Əllərimi və dodağımı özüm yandırmışam” deyib ərini bağışladı

ellerimi-ve-dodagimi-ozum-yandirmisam-deyib-erini-bagisladi
Oxunma sayı: 4786

Ötən ilin iyun-iyul aylarında Bakının Qaradağ rayonu Puta qəsəbəsində həyat yoldaşı Nigar Səmədovaya (ad-soyadlar şərtidir) işgəncələr vermiş 1983-cü il təvəllüdlü Elvin Səmədova hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində keçirilən prosesdə Elvin Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə) maddəsi ilə təqsirləndirilib.

Araşdırmalar zamanı məlum olub ki, Elvin həyat yoldaşına qısqanclıq zəminində işgəncələr verib. Əvvəllər də ailəli olmuş və boşandıqdan sonra birinci həyat yoldaşına aliment ödəyən şəxs Nigar Səmədovanı mütəmadi olaraq döyərək sürüyüb, başını divara çırpıb. Son olaraq isə dağ edilmiş bıçaqla arvadının əllərinin içini və dodaqlarını yandıraraq ona xəsarətlər yetirib. Bundan sonra Nigar polisə müraciət edib.

İstintaq müddətində Nigar Səmədova ərindən şikayətçi olmadığını deyib. O, bədənindəki xəsarətlərin özü tərəfindən yetirildiyini iddia edib: “Həyəcanlı və emosional vəziyyətdə olduğum üçün Elvindən şikayətçi olmuşam. O, xalamın ögey nəvəsi ilə danışdığımı bilmişdi, amma aramızda heç nə olmayıb. Ona günahsız olduğumu sübut etmək məqsədilə özüm əllərimi və dodağımı yandırmışam. Ailədə Elvindən başqa pul qazanan yoxdur, həm də birinci ailəsindən olan uşağa aliment ödəyir. O həbs edilsə, çox çətin duruma düşəcəyik”.

Xəbəri rus dilində oxuyun: “Если бы не подмога, собаки убили бы ребенка” - ВИДЕО

Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Elvin Səmədova 2 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Lakin onun cəzası 2 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib və barəsindəki ev dustaqlığı qərarı da ləğv edilib.