Elmar Vəliyevin sağlıq durumu ilə bağlı daha bir rəsmi - Açıqlama

elmar-veliyevin-sagliq-durumu-ile-bagli-daha-bir-resmi
Oxunma sayı: 23428

“Gəncənin icra başçısı Elmar Vəliyev məruz qaldığı silahlı hücum zamanı yaralanıb, amma onun vəziyyəti ağır deyil”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AzVision.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov məlumat verib.

Nazirlik rəsmisi bildirib ki, hazırda Elmar Vəliyevə lazımi yardım göstərilir, həyatı üçün ciddi təhlükə yoxdur.