Elməddin Cəfərov necə dindar oldu? - Video

elmeddin-ceferov-nece-dindar-oldu-
Oxunma sayı: 7033

Gəncədə Şah Abbas məscidi muzey idi, açıldı və mədrəsə kimi fəaliyyətə başladı. 9 yaşlı uşaq idim və dinə marağım var idi deyə həmin mədrəsəyə getdim. Bir müddət orda yerli müəllimlər, axundlar dərs keçməyə başladı, amma sonra İrandan 3-4 müəllimlər gəldi və bizə ərəb, fars əlifbasını öyrədirdilər”.

Qafqazinfo” xəbər verir ki, bunu din.az saytına müsahibəsində komik aktyor Elməddin Cəfərov deyib. O, bildirib ki, ərəb dilində Quran oxumağı da bacarır. İrandan gələn müəllimlərin dini sərt və qatı izah etdiklərini, deyən Elməddin 5 il mədrəsədə dərs aldıqdan sonra oradan uzaqlaşdığını bildirib. O, hətta məscidin minarəsində azan da oxuduğunu qeyd edib Daha sonra aktyor Qum şəhərində dini təhsilini davam etdirmək üçün imtahan verib, lakin ailəsi orada oxumağını istəməyib.

İllər sonra müxtəlif məzhəb və camaat nümayəndələrindən dini öyrənmək istəsə də, hər birinin İslama deyil, özlərinə çəkmək olduğunu hiss edərək hamısından uzaqlaşıb. Nəticədə Quran kitabını mənası üzərindəki düşüncələri onun həyatını dəyişib və Quran tələbəsi olub.