Əməkdar artist koronavirusdan vəfat etdi

emekdar-artist-koronavirusdan-vefat-etdi
Oxunma sayı: 5041

Dövlət Akademik Opera və Balet Teatrının keçmiş solisti, Əməkdar artist İsmayıl Ələkbərov vəfat edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Onun koronavirusdan vəfat etdiyi bildirilib.

Qeyd edək ki, İ.Ələkbərov 1939-cu ildə Bakıda anadan olub. 1966-cı ildə A.Zeynallı adına Bakı Musiqi məktəbinin muğam şöbəsini, 1973-cü ildə isə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. 1971-ci ildən Azərbaycan Dövlət akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti olub.

Teatrda çalışdığı müddətdə bir sıra rollarda çıxış edib. 2009-cu ildə Əməkdar Artist fəxri adına layiq görülüb.