Əməkdar artist vəfat etdi

emekdar-artist-vefat-etdi
Oxunma sayı: 3823

Əməkdar artist Əlican Əzizov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, uzun illər Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərən Əlican Əzizov 69 yaşında həyatını itirib.

Qeyd edək ki, Əlican Əzizov 1952-ci il fevralın 23-də anadan olub. 1975-1996-cı illərdə Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib. Aktyor, həmçinin, “Azərbaycanfilm”in istehsalı olan “Süd dişinin ağrısı”, “Dairə”, “Şahid qız” filmlərində çəkilib.

Əlican Əzizov 2000-ci ildə Əməkdar artist fəxri adına, 2006-cı ildə Prezident mükafatına layiq görülmüşdü.