Əməkdar artist vəfat etdi

emekdar-artist-vefat-etdi
Oxunma sayı: 4821

Gənc Tamaşaçılar Teatrının (GTT) aktyoru, Əməkdar artist Elşən Çarhanlı vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə həmin teatrın aktyoru Əməkdar artist Nofəl Vəliyev məlumat paylaşıb. O bildirib ki, E.Çarhanlı bu gün axşam saatlarında qəflətən dünyasını dəyişib.

N.Vəliyev əlavə edib ki, ötən ilin dekabrın 14-də aktyorun həyat yoldaşı vəfat edib.

Qeyd edək ki, E.Çarhanlı 2 oktyabr 1962-ci ildə Bakıda doğulub. 2009-cu il may ayının 1-dən GTT-də teatrında çalışıb. Burada işlədiyi illər ərzində 50-yə yaxın tamaşada rol alıb, həmçinin film və seriallarda çəkilib. Aktyor 2018-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.