Emin Mahmudovun İsveçlə oyundan öncəki yazışması - Foto

emin-mahmudovun-isvecle-oyundan-onceki-yazismasi
Oxunma sayı: 5080

Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Bakıda İsveç yığması üzərində 3:0 hesablı qələbə qazanıb.

“Qafqazinfo”nun məlumatına görə, millimizin sabiq futbolçusu Ruslan Abışov instaqram hesabında yığmamızın kapitanı Emin Mahmudovla oyundan öncəki yazışmasını paylaşıb.

Sözügedən yazışmada R.Abışov E.Mahmudova qol vuracağına inandığını desə də, kapitan bunu gülüşlə qarşılayıb.

Qeyd edək ki, Emin Mahmudov sözügedən matçda dubla imza atıb.