“Ən böyük məsuliyyət Namiqin üzərinə düşür”

en-boyuk-mesuliyyet-namiqin-uzerine-dusur
Oxunma sayı: 6699

Xalq artisti Aygün Kazımova doğum günü münasibətilə media nümayəndələri ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, 53 yaşı tamam olan müğənni jurnalistlərə açıqlamasında yeni layihələrindən söz açıb.

Pop-divanın sözlərinə görə, yaxın vaxtlarda meyxanaçı Namiq Qaraçuxurlu ilə yeni duet ifa edəcəklər: “Biz hər zaman Namiqlə görüşəndə salamlaşırdıq. Bizi Moskvaya toylara birlikdə dəvət edirdilər. Nədənsə Vətənimizdə o buz əriməmişdi. Bu, avtomatik baş verdi. Bir tədbirə dəvət aldıq. Ondan sonra Namiqlə daha çox birlikdə çıxışlarımız oldu. Yeni duetimiz olacaq. Namiq həmin mahnı üzərində çalışır. Burada isə ən böyük məsuliyyət Namiqin üzərinə düşür. Çünki mahnının musiqisi və sözlərini o yazır. Mənə nə var ki, otururam, deyirəm ki, bunu çıxar... Neçə ildən sonra bu duetin üzərinə elə duet gəlməlidir ki... Və bu qədər yaşananlar... Bilirəm, ağlınızdan min şey keçir, amma onu cavablandırmayacağam. Ona görə də çalış, Namiq, çalış”.

A.Kazımova əlavə edib ki, bu il planda maraqlı layihələr var: “Baku Crystal Hall”da konsert verməyi planlaşdırıram. Əslində, konsert keçən il olmalı idi, amma həkimlərim icazə vermədi. Ona görə bu ilə planlaşdırmışıq”.

Müğənni onu doğum günü münasibətilə təbrik edən ilk şəxsin adını da açıqlayıb: “Məni ilk təbrik edən Samir Bağırov oldu. Hətta qızım İlqarə də 1 saniyə gecikdi. Samiri ad günümə dəvət etdim. Bəhanə etdi ki, yaxşı deyiləm. Dedim, bəsdir. Ad günümə gəlməsə belə mənə atdığı bu addım böyükdür. Bu onun mənə sevgisi idi”.

Xatırladaq ki, 2021-ci ildə S. Bağırovla A.Kazımova arasında inciklik yaranmışdı.