“Epşteynlə dost olmamışam” - Tramp

epsteynle-dost-olmamisam
Oxunma sayı: 888

ABŞ Prezidenti Donald Tramp onlarla azyaşlı qızın cinsi istismar edilməsində ittiham olunan milyarder Ceffri Epşteynlə dost olmadığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, Tramp bu haqda “TruthSocial” adlı sosial media səhifəsində yazıb.

ABŞ prezidentinin sözlərinə görə, maliyyəçinin işi üzrə ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan sənədlərə əsasən, Epşteyn və jurnalist Maykl Volf ona və ya onun prezidentliyinə zərər vermək üçün əlbir olub.

Tramp həmçinin bir çox radikal solçuları mühakimə etməyi planlaşdırdığını açıqlayıb.

ABŞ prezidenti onu da əlavə edib ki, o, heç vaxt Epşteynin “yoluxmuş” adasına baş çəkməyib.

Xatırladaq ki, Ceffri Epşteyn cinsi istismar, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə həbs olunmuş və daha sonra həbsxanada ölü tapılmışdı. Bir neçə gün əvvəl ABŞ Ədliyyə Nazirliyi “Epşteyn işi” ilə bağlı genişmiqyaslı arxiv məlumatlarını ictimaiyyətə açıqlayıb.

“The New York Times” (NYT) faylları təhlil etdikdən sonra, onlardan 5300-də ABŞ Prezidenti Donald Trampa 38000-dən çox istinad, habelə onunla əlaqəli şəxslər və terminlər tapıb.