Ər və arvadı bayram gecəsi öldü - Bakıda faciə

er-ve-arvadi-bayram-gecesi-oldu
Oxunma sayı: 12395

Bu gecə Bakıda ər və arvadının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Qafqazinfo”nun Lent.az-a istinadən məlumatına görə, Bayıl qəsəbəsi Litvin Babayev küçəsi 44 ünvanındakı fərdi yaşayış evində 1974-cü il təvəllüdlü Mustafayev Cavanşir Təyyar oğlu və həyat yoldaşı, 1980-ci il təvəllüdlü Mustafayeva Sevinc Yafəs qızı dəm qazından boğulublar. Onların meyitləri bu gün səhər saatlarında aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.