Ərdoğan Azərbaycanla bağlı sazişi təsdiqlədi

erdogan-azerbaycanla-bagli-sazisi-tesdiqledi
Oxunma sayı: 7117

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Türkiyə və Gürcüstan hökumətləri arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması məqsədilə ilkin məlumat mübadiləsini nəzərdə tutan Sazişi təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, sazişin təsdiqi ilə bağlı məlumat “Resmi Gazete”də yayımlanıb.

“18 avqust 2022-ci il tarixində Bakıda imzalanmış əlavəli “Türkiyə Respublikası Hökuməti, Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi çərçivəsindəki gömrük tranzit prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair Saziş”in təsdiqlənməsinə 244 saylı Qanunun 5-ci maddəsi ilə 9 saylı Prezident Sərəncamının 2-ci və 3-cü maddələrinə əsasən qərar verilmişdir”, – sənəddə qeyd olunub.