Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalını evində ziyarət edib.
“Qafqazinfo” “TRT Haber”ə istinadla xəbər verir ki, görüş Ankarada, Bağçalının Türkmənbəyi küçəsində yerləşən iqamətgahında baş tutub.
Bildirilib ki, Ərdoğan iqamətgahın qarşısında MHP lideri tərəfindən qarşılanıb. Onlar media nümayəndələrinin qarşısında əl sıxaraq birgə foto çəkdiriblər. Daha sonra iki lider qapalı görüşə keçiblər.
Görüşün mövzusu və detalları barədə hələlik məlumat verilməyib.
***
Baş tutan görüş mətbuata qapalı keçirilib və təxminən 40 dəqiqə davam edib.

Son xəbərlər
Son Xəbərlər