Ərdoğan Şahbaz Şəriflə son hadisələri danışdı

erdogan-sahbaz-serifle-son-hadiseleri-danisdi
Oxunma sayı: 605

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Türkiyə liderinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, liderlər Türkiyə ilə Pakistan arasında ikitərəfli münasibətləri, eləcə də regionda baş verən hadisələri müzakirə ediblər.

Ərdoğan söhbət zamanı Pakistandakı terror hücumlarını pislədiyini, Türkiyənin terrorla mübarizədə Pakistanın yanında olmağa davam edəcəyini və Türkiyənin Pakistanla Əfqanıstan arasında Türkiyənin təşəbbüsləri sayəsində əldə edilən atəşkəsin bərpasına töhfə verəcəyini bildirib.

Bununla yanaşı, Türkiyə Prezidenti İrana hücumlarla başlayan münaqişə ilə bağlı bölgədə diplomatiyanın yenidən aktivləşdirilməsinin böyük fayda verəcəyini və Türkiyənin buna hər cür dəstək verməyə hazır olduğunu bildirib.