Ərdoğana ad günündə 70 ədəd qızılgül göndərdi

erdogana-ad-gununde-70-eded-qizilgul-gonderdi
Oxunma sayı: 2585

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğana ad günündə 70 ədəd qızılgül göndərib.

“Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə Ərdoğan özü açıqlayıb. 

“Dövlət bəy hər zamankı nəzakətini bir daha nümayiş etdirdi. O, tamam olan yaşım qədər qızılgül göndərib. Özünə xas estetik tərzdə bir qələm göndərildiyini də dedilər”, - deyə Ərdoğan qeyd edib. 

Xatırladaq ki, fevralın 26-sı Ərdoğanın 70 yaşı tamam olub. 

Qeyd edək ki, Baxçalı 2022-ci ildə Ramazan ayında Ərdoğana 99 qızılgül hədiyyə etmişdi.