Ərdoğanı təhqir edən aktyora hökm oxundu

erdogani-tehqir-eden-aktyora-hokm-oxundu
Oxunma sayı: 10899

Türkiyənin tanınmış aktyoru İlyas Salmana hökm oxunub.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etməkdə ittiham olunan Salmana 1 il 7 ay azadlıqdan məhrum edilmə cəzası verilib. 

Lakin cəza 7 min lirəlik cəriməyə çevrilib.

Qeyd edək ki, aktyorun 1 il 2 aydan 4 il 8 ayadək həbsi istənilirdi.

Xatırladaq ki, İlyas Salman “Hababam Sınıfı”, “Çöpçüler Kralı”, “Kibar Feyzo” filmlərindəki rolları ilə yaddaşlarda qalıb.