Ərəb ölkələri Qəzzadakı vəziyyətlə bağlı fövqəladə sammit keçirə bilər

ereb-olkeleri-qezzadaki-veziyyetle-bagli-fovqelade-sammit-kecire-biler
Oxunma sayı: 1318

Ərəb ölkələri Qəzza zolağındakı vəziyyətlə bağlı fövqəladə sammitə hazırlıq məqsədilə məsləhətləşmələr aparır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ərəb Dövlətləri Liqasının (LAS) baş katibinin rəsmi nümayəndəsi Camal Rüşdi “Əl-Qahira əl-Ekhbariya” telekanalına şərhində bildirib.

"Qəzza zolağında hərbi eskalasiyanı müzakirə etmək üçün fövqəladə ərəb sammitinə hazırlıq üçün intensiv məsləhətləşmələr aparılır", - Rüşdi deyib.