Meydanda 2-ci dəfə ürəyi dayanan - Eriksenin son durumu

meydanda-2-ci-defe-ureyi-dayanan
Oxunma sayı: 1139

Danimarka milli komandasının həkimi Morten Boesen ötən gün Ukrayna ilə matçda huşunu itirərək yerə yıxılan və xəstəxanaya aparılan futbolçu Kristian Eriksenin vəziyyəti ilə bağlı açıqlama verib. 

“Qafqazinfo” xəbər verir ki, o, futbolçunun durumunun yaxşı olduğunu bildirib.

“Bu səhər Kristianla danışdım və onun vəziyyəti yaxşıdır. Eriksen ailəsinin yanındadır, əhval-ruhiyyəsi yüksəkdir. Yaxın zamanda xəstəxanadan buraxılacaq və evinə qayıda biləcək”, - Boesen deyib.

Qeyd edək ki, K.Eriksen Ukrayna ilə matçın 63-cü dəqiqəsində huşunu itirmişdi. Matç ona görə təxirə salınmışdı.