Əraqçi hücumdan sonra onlara zəng etdi

eraqci-hucumdan-sonra-onlara-zeng-etdi
Oxunma sayı: 845

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi İsrailə endirilən raket zərbələrindən dərhal sonra Türkiyə, Pakistan və Böyük Britaniyanın yüksəkrütbəli rəsmiləri ilə təcili telefon danışıqları aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat iranlı nazirin rəsmi teleqram kanalında yayılıb.

Bəyanatda bildirilir ki, XİN rəhbəri türkiyəli həmkarı Hakan Fidan, britaniyalı həmkarı İvett Kuper və Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Munir ilə bölgədəki son vəziyyəti müzakirə edib:

“Ölkəmizin xarici işlər naziri sionist rejimin Livandakı atəşkəs rejimini ardıcıl şəkildə pozmasına İranın verdiyi cavab zərbələrindən sonra regional prosesləri ayrı-ayrılıqda telefon danışıqlarında müzakirə edib”.

Qeyd edək ki, İsrailin “Ynet” portalının məlumatına görə, rəsmi Tehran İsrail istiqamətinə raketlər buraxıb və İsrail Müdafiə Ordusu (IDF) 4 raket atıldığını təsdiqləyib. İranın “Tasnim” agentliyi isə hərbçilərin İsrailin “Ramat-David” hərbi hava bazasını uğurla vurduğunu iddia edib.