Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri təntənəli konsert proqramı ilə başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, konsert proqramını hər iki ölkənin mədəniyyət nazirliklərinin rəsmiləri, Azərbaycanın Türkmənistandakı Səfirliyinin rəhbər şəxləri, eləcə də hər iki ölkənin mədəni-ictimai xadimləri, media mənsubları izləyiblər.
Proqram çərçivəsində iki ölkənin xalq və əməkdar artistlərinin mədəniyyət günləri üçün hazırlanmış duetləri səsləndirilib.
Ardınca Dövlət Rəqs Ansamblı “Mənim Azərbaycanım” adlı kompozisiyanı təqdim edib. Ansamblın “Qağayı”, “Çayçı”, “Ağ çiçəyim”, “Toy”, “Şalı”, “Qaytağı” və digər Azərbaycan rəqs sənətinin incilərindən ibarət proqramı qonaqlar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Bununla da, Türkmənistanın paytaxt Aşqabad və Arkadağ şəhərlərində iyunun 5-dən etibarən başlayan Azərbaycan Mədəniyyəti Günləri başa çatıb.
Lamiyə Məmmədova









Son xəbərlər
Son Xəbərlər