Danimarka və Ukrayna milli komandaları arasında keçirilən yoldaşlıq görüşü faciəvi hadisə səbəbindən vaxtından əvvəl başa çatdırılıb.
“Qafqazinfo” xəbər verir ki, Odense şəhərində baş tutan qarşılaşmanın 63-cü dəqiqəsində Danimarka yığmasının kapitanı Kristian Eriksenin qəfildən halı pisləşib.
34 yaşlı təcrübəli futbolçunun ürəyi dayanıb və o, huşunu itirərək yerə yıxılıb.
Baş hakim dərhal oyunu dayandıraraq tibbi heyəti meydana dəvət edib. Həkimlərin yerində göstərdiyi ilkin yardımdan sonra kapitan təcili olaraq xəstəxanaya çatdırılıb.
Baş verən hadisədən sonra referilər matçı bərpa etməyərək vaxtından əvvəl bitirmək qərarı alıblar.
Xatırladaq ki, Kristian Eriksen oxşar dəhşətli hadisə ilə 2021-ci ildə, Avropa çempionatı çərçivəsində keçirilən Finlandiya ilə oyunda da üzləşmişdi. Həmin vaxt meydanda ürəyi dayanan futbolçunu həkimlər böyük çətinliklə həyata qaytara bilmişdilər.
Son xəbərlər
Son Xəbərlər