Filippində güclü zəlzələ, ölənlər var - Video - Yenilənib

filippinde-guclu-zelzele-olenler-var
Oxunma sayı: 694

Filippinin Mindanao adasının sahillərində 7,8 maqnitudalı zəlzələ baş verib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, ölkədə sunami təhlükəsi elan edilib.

Yeraltı təkanların episentri təxminən 679 min nəfərin yaşadığı Heneral-Santos şəhərindən 51 kilometr məsafədə, ocaq isə Yerin 10 kilometr dərinliyində yerləşib.

Zəlzələ nəticəsində azı 3 nəfər ölüb, daha 5 nəfər xəsarət alıb.

Yayılmış görüntülərdə infrastruktur obyektlərinə zərər dəyməsi və bir neçə binanın uçması öz əksini tapıb.

***

Filippin Mülki Müdafiə İdarəsinin məlumatına görə, zəlzələ nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Daha 129 nəfərin xəsarət aldığı bildirilir.