Klassik və sürət avtomobillərinin festivalı başa çatdı - Fotolar+Video

klassik-ve-suret-avtomobillerinin-festivali-basa-catdi
Oxunma sayı: 574

Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Nazar Holdings”in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın ərazisində iyunun 6-ə və 7-də keçirilən “Classics & Supercars” festivalı başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, festival zamanı klassik avtomobillər, idman avtomobilləri və “Supercar”lar sərgilənib.

Festivalda Azərbaycan Avtomobil Federasiyasının avtomobil kolleksiyası, həmçinin tədbirə qeydiyyatdan keçmiş avtomobil sahiblərinin nəqliyyat vasitələri nümayiş olunurdu.