Ermənistan yaxın günlərdə Azərbaycana 8 yeni mina xəritəsi təhvil verəcək.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb:
“Qarabağda minalanmış sahələr haqqında məlumatların yer aldığı səkkiz yeni xəritə müəyyən edilib. Məlumat hərbçilər arasında keçirilən sorğu nəticəsində əldə edilib”.
Bildirilib ki, Ermənistan tərəfi 2021-ci ilin 12 iyun, 3 iyul, 19 oktyabr, 1 noyabr və 29 noyabr tarixlərində 972 mina sahəsi formulyarı Azərbaycan nümayəndələrinə təhvil verib.
Qeyd edilib ki, xəritələr yaxın günlərdə Azərbaycan tərəfinə, surətləri isə Ermənistanın beynəlxalq tərəfdaşlarına veriləcək.
Son xəbərlər
Son Xəbərlər