“Ermənistan heç bir xalqı düşmən saymır”

ermenistan-hec-bir-xalqi-dusmen-saymir
Oxunma sayı: 643

Modern.az-ın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, Sərkisyan bu gün Syunik bölgəsinə səfəri zamanı Dağlıq Qarabağ probleminə toxunaraq bildirib ki, erməni xalqı azərbaycanlıları özlərinə düşmən hesab etmir.

“Azərbaycanlıları düşmənimiz olaraq qəbul edəcək insanların olduğunu sanmıram. Erməni xalqı azərbaycanlılar daxil heç bir xalqı özlərinə düşmən kimi qəbul etmirlər. Biz ölkələrin problemləri qüvvət və təhdid yolu ilə həll etməsinə qarşıyıq.

Ermənistan bölgədə qarşılıqlı təhlükəsizliyin təmin edilməsi ilə bağlı səylərini davam etdirəcək”, - deyə Sərkisyan çıxış edib.
Qeyd edək ki, Ermənistan prezidentinin bu çıxışı onun seçkiöncəsi təbliğat kampaniyası çərçivəsində beynəlxalq müstəvidə özünə müsbət imic formalaşdırmaq cəhdi kimi qiymətləndirilir.