“Ermənistan sülh müqaviləsini imzalamağa hazırdır”

ermenistan-sulh-muqavilesini-imzalamaga-hazirdir
Oxunma sayı: 2943

“Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırdır”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tərəflər arasında etimadın olmaması İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasına əngəl törədir, dialoqu ləngidir.

Paşinyan, bununla belə, sənədin əsas prinsiplərinin razılaşdırıldığını qeyd edib.