Ermənistanda milyonçu partiya sədrinin həbsinə qərar verildi

ermenistanda-milyoncu-partiya-sedrinin-hebsine-qerar-verildi
Oxunma sayı: 2814

Ermənistan parlamenti deputat, müxalif “Çiçəklənən Ermənistan” partiyasının sədri, milyonçu Qaqik Tsarukyanın barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib. “Qafqazinfo” bildirir ki, bu barədə “Aysor” agentliyi xəbər verib.

Daha əvvəl Ermənistanın Baş prokuroru Artur Davtyan Qaqik Tsarukyanın həbsi ilə bağlı vəsatət qaldırmışdı. O bildirmişdi ki, Tsarukyan azadlıqda olduğu halda istintaq tədbirlərinə mane ola bilər.

Səsvermədə yalnız hakim “Mənim addımım” fraksiyasının deputatları iştirak edib.

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin müxalif "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Tsarukyanı istintaqa cəlb etməsi ölkədə ciddi narazılığa səbəb olub. Bildirilir ki, Qaqik Tsarukyana qarşı 3 maddə üzrə cinayət işinin açılması, əslində, siyasi motivlərlə bağlıdır. Belə ki, Q.Tsarukyan Baş Nazir Nikol Paşinyanın istefasını tələb edib və tərəfdaşlarını da bu çağırışa qoşulmağa çağırıb.