Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilə bilər - KİV

ermenistanda-novbedenkenar-parlament-seckileri-kecirile-biler
Oxunma sayı: 1329

Gələn il Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Hraparak” qəzeti yayıb. 

“Siyasi dairələr 2024-cü ildə növbədənkənar parlament seçkilərinin keçirilməsini fəal olaraq müzakirə edirlər. Hökumət bu məsələni gündəliyə əlavə edib”, - deyə qəzet yazıb. 

Bildirilir ki, N.Paşinyan “Vətəndaş müqaviləsi” partiyasının son iclaslarından birində yeni seçkilər keçirmək və yenidən seçilmək üçün kifayət qədər addım atacaqlarını deyib.