Ermənistanda Rusiya kanallarının yayımı dayandırıla bilər

ermenistanda-rusiya-kanallarinin-yayimi-dayandirila-biler
Oxunma sayı: 3163

Ermənistan ölkədə Rusiya telekanallarının yayımını tənzimləyən sazişi birtərəfli qaydada ləğv edə bilər.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan açıqlayıb. 

Onun sözlərinə görə, Moskva İrəvanın proqramların məzmunu məsələsi ilə bağlı təkliflərini qəbul etməsə, Ermənistan sözügedən sazişi ləğv edə bilər. 

Ayrapetyan qeyd edib ki, Ermənistan bu məsələyə müsbət yanaşır və gələn həftə Rusiyaya mövcud sazişə düzəlişlərlə bağlı təkliflər paketini təqdim etməyi planlaşdırır: “Elə bir sənədə nail olmaq lazımdır ki, onun müddəalarının pozulması halında məhdudiyyətlər tətbiq edilsin. Əks halda Ermənistan sazişi ləğv edəcək. Ermənistan və Rusiya daha əvvəl razılığa gələ bilmədi, bunun ardınca isə “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar axşamı” müəllif proqramlarının ölkədə yayımının qadağan edilməsi barədə qərar verildi”.