Ermənistanda yeni iqtisadiyyat naziri təyin edildi

ermenistanda-yeni-iqtisadiyyat-naziri-teyin-edildi
Oxunma sayı: 928

Gevorq Papoyan Ermənistanın iqtisadiyyat naziri təyin edilib. 

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan sərəncam imzalayıb. 

Bu barədə qərar ölkənin Baş naziri Nikol Paşinyanın təklifi əsasında verilib. 

Papoyanın deputat səlahiyyətləri dünən dayandırılıb. 

Qeyd edək ki, Ermənistanın sabiq iqtisadiyyat naziri Vahan Kerobyan fevralın 14-ü istefa verib. O, hazırda korrupsiya işi ilə bağlı araşdırma çərçivəsində ev dustaqlığındadır.