Ermənistanla Türkiyə arasında növbəti danışıqların yeri və tarixi açıqlandı

ermenistanla-turkiye-arasinda-novbeti-danisiqlarin-yeri-ve-tarixi-aciqlandi
Oxunma sayı: 1582

Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç arasında növbəti görüş iyulun 1-i Vyanada keçiriləcək.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan açıqlayıb.

Qeyd edək ki, Ermənistan və Türkiyə 2021-ci ilin dekabrında iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndələr təyin ediblər. Türkiyə tərəfindən sözügedən nümayəndə ölkənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç, Ermənistan tərəfindən isə parlamentin vitse-spikeri Ruben Rubinyan təyin olunub. Tərəflər artıq üç dəfə danışıqlar aparıb. Danışıqların ilk raundu Moskvada, digər ikisi isə Vyana keçirilib. Sonuncu görüş isə mayın 3-ü Vyanada baş tutub.