ƏSF-na üzv bankların reyestrində dəyişiklik edilib

esf-na-uzv-banklarin-reyestrinde-deyisiklik-edilib
Oxunma sayı: 346

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 iyul 2026-cı il tarixli Qərarı ilə Bank “BTB” ASC-nin müraciəti əsasında “Banklar haqqında” Azərbaycan Respublikası Qanunu, eləcə də “Bankların yenidən təşkili haqqında Qaydalar”a müvafiq olaraq Bank “BTB” ASC-yə verilmiş bank lisenziyası ləğv edilmiş, bankın T-Kredit” Bank Olmayan Kredit Təşkilatı” MMC-yə çevrilməsi prosesi tamamlanıb.

Bildirilib ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Bank “BTB” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və banka verilmiş şəhadətnamə ləğv edilib.

Əmanətlərin Sığortalanması Fondu “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların 5 avqust 2026-cı il tarixinə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırır: