“7 ildir ki, bizə olmayan əziyyəti verir” - Video

7-ildir-ki-bize-olmayan-eziyyeti-verir
Oxunma sayı: 963

Bakının Nəsimi rayonu, Maqsud Əlizadə küçəsi 46 ünvanında çoxmərtəbəli binanın inşası ətrafda yaşayan sakinlər üçün təhlükə törədir.

“Qafqazinfo” xəbər verir ki, onlar bu iddialarla Xəzər TV-yə müraciət ediblər. 

Şikayətçilərin sözlərinə görə, “Baku Rifah MTK” heç bir təhküləsizlik tədbirləri görmədən tikinti işlərini davam etdirir. Sakinlər təklif olunan kompensasiya məbləğinin bazar qiymətindən aşağı olduğunu iddia edirlər.

“Şirkət 7-ci ildir ki, bizə olmayan əziyyət verir. Bütün binanın zibili, səs küyü həyətdədir. Hazırda mənim evimin arxasını qazırlar. Mən bu evdən çıxmaq istəmirəm, imkan versinlər rahat yaşayım...”, - sakinlərdən biri bildirib.

Digər sakin isə kvadrat metrə görə cəmi 1600 manatdan kompensasiya təklif olunduğunu, evlərinin qəzalı vəziyyətə salındığını, lakin təmir olunmadığını qeyd edib. 

MKT rəsmisi Emin Nəsirov isə sakinlərə 1800-2000 AZN kompensasiya təklif olunduğunu bildirib. O qeyd edib ki, evlər sökülməlidir ki, yeni binanın tikintisinə başlanılsın. 

Daha ətraflı süjetdə: