“VAZ”la toqquşan “Prado” aşdı, xəsarət alanlar var - Fotolar

vazla-toqqusan-prado-asdi-xesaret-alanlar-var
Oxunma sayı: 536

Ağcabədidə yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.

“Toyota Prado” və “VAZ 2107” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə zamanı avtomobillərə ciddi zərər dəyib. “Toyota Prado” aşıb.

Yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı