Eşq nədir?

esq-nedir
Oxunma sayı: 2888

Kişilər dəli kimi aşiq olurlar, vaxt keçdikcə ağıllanırlar. Qadınlar isə düşünərək aşiq olurlar, vaxt keçdikcə dəliləşirlər.
Eşq qadına və kişiyə fərqli təsir edir. Aşiq olan qadının gözündə eşqdən özgə heç bir şeyin dəyəri qalmır. Aşiq olan kişinin gözündə isə hər şey yenidən dəyər qazanır.
Çünki aşiq qadın sevgiyə “hər nə təhər olsa da sona çatacaq” fikriylə ilə yanaşır... Aşiq olan kişi isə “onsuz da, əbədi olaraq, həmişə davam edəcək” fikriylə... Aşiq qadınlar buna görə də həmişə narahat və hüzursuzdurlar. Aşiq olan kişilər isə mələklər kimi sakit və səfehlərdirlər.
Aşiq olmaq kişiyə yaraşır. Qadına qətiyyən. Qadına yaraşan ancaq eşqdir.
Eşqsiz bir kişi özünün köləsiz bir əfəndi kimi hiss edir, eşqsiz bir qadın isə sahibsiz bir kölə tək. Qadın nə istəyir? Nə istəyir? Hamsını istəyir. Və eyni vaxtda.
Bəs kişi nə istəyir? Həm əziz qadınları, həm də hərəmlərinin olmağını istəyir. Yaxşı, bəs nədən qorxurlar? Həm qadınsız, həm də hərəmsiz qalmaqdan qorxurlar.
Qadın kişisinin özünə qul, kölə olmağını istəyir, olanda da ona nifrət edir. Kişi isə qadınının özünə kölə olmağını istəmir, olanda belə onu sevir.
Kişi qadından bezdiyinə görə onu tərk edir, qadın isə kişisinin darıxdırıcı olduğuna görə. Arada çox vacib bir fərq var. Bir kişi doyduğuna görə qadınından bezir. Qadınsa doymadığına görə kişisindən...
Kadın tərk edildiyi və aldadıldığı vaxtlarda, bir də boşanan da heç tərəddüd eləmir. Qərarlı, şüurlu və son dərəcədə ağıllı şəkildə bütün strateji və dəqiq hücumu öz taktikaları ilə müəyyənləşdirəir. Dəlilik qadınların ağlıdır. Və sadəcə bu xüsusiyyətləri belə, onların kişilərdən daha üstün qəbul edilmək üçün kafi səbəbdir. Qadınlar inistinkləri ilə hər şeyi bilirlər. Kişilər isə ağılları ilə heç bir şeyi bilə-bilmirlər. Qadınlar hər şeyi görürlər. Görmədiklərini eşidirlər. Eşitmədiklərini isə hiss edirlər. Dişilik ancaq qəbul qapılarını yox, bütün təlabatı, inistinki, altıncı hiss və üçüncü gözün qapılarını açan Mescaline, Psilosibin qədər güclü bir iksirdir.
Qadının hissləri o qədər mükəmməldir ki, onları kişilərdən lap çox üstün saymamaq üçün heç bir səbəb yoxdu. Deyirsiz ki, hiss nədir? Ağlın əli, gözü, qulağı və burnudur. Ağlın durbini, kompası və radarıdır. Şahini və tazısıdır. Qapağı, tələsi və qarmağıdır, hiss ən hiyləgər ovçudur. Hisslərin olmasa nə fəlsəfə, nə sənət olardı.
Ağıl? Ağıl hissin köləsidir. Vəssalam. Hisslərin əvəzinə idrakları ilə hərəkət edən müdrik qadınlar qədər adamı özündən uzaqlaşdıran varlıqlar düşünə bilmirəm. Ağılları və mədəniyyətləri ilə bezdirici deyillər, amma əksərən darıxdırıcı olurlar. Qadına ən çox yarayan nə ağıl, nə idrak, nə də mədəniyyətdir. İncə və şux bir zəkadır...

Türkcədən uyğunlaşdıran: Fərid Hüseyn