“Əsrə bərabər gün” tamaşasında iştirak etməli idi, qismət olmadı” - Video

esre-beraber-gun-tamasasinda-istirak-etmeli-idi-qismet-olmadi
Oxunma sayı: 3446

“Ramiz Məlik “Əsrə bərabər gün” tamaşasında iştirak etməli idi, qismət olmadı”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə Xalq artisti Ramiz Məliklə vida mərasimində deyib.

O bildirib ki, Ramiz Məlik son vaxtlar səhhətindəki problemlərdən əziyyət çəkib: “Ümidimiz var idi ki, son tamaşada rol ala biləcək, ən azı video olaraq biz onu çəkəcəyik. Təəssüf ki, qismət olmadı. Çox güclü, böyük sənət məktəbi keçən aktyor idi. Sonuncu dəfə 1 həftə əvvəl telefonla danışmışdıq, mən onu bir daha teatra dəvət etdim. Çünki “Əsrə bərabər gün” tamaşasında ona rol həvalə etmişdik. Ümid edirdik ki, bir bölümdə olsa da, belə rol ala biləcək. Söyləmişdi ki, özünü yaxşı hiss etmir. Dünən və srağagün isə həyat yoldaşı ilə danışmışdıq, vəziyyətinin kritik olduğunu demişdi”.

Hüseyn Məmmədsalahov