“Etibarsız tərəfdaş olduqlarını sübut etdilər”

etibarsiz-terefdas-olduqlarini-subut-etdiler
Oxunma sayı: 2747

“Birləşmiş Ştatlar iki il ərzində nadir torpaq metallarından asılılığını minimuma endirmək niyyətindədir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri ABŞ-nin maliyyə naziri Skott Bessent nadir torpaq metalları məsələsini şərh edərkən deyib.

O bildirib ki, iki il ərzində Çinin “idarə qılıncı”ndan uzaqlaşacaqlar:

“Çinlə əlaqələri kəsmək istəmirik, lakin riskləri azaltmalıyıq, çünki onlar bir çox sahələrdə etibarsız tərəfdaş olduqlarını sübut ediblər”.

Bessentin sözlərinə görə, Vaşinqton bu problemi həll etmək üçün Qərb ölkələri, o cümlədən Hindistanla birləşmək niyyətindədir:

“Bütün Qərb demokratiyaları, Asiya demokratiyaları və Hindistan öz təchizat zəncirlərimizi yaratmaq səyində bizə qoşulacaqlar”.

Qeyd edək ki, oktyabrın 9-da Çinin Ticarət Nazirliyi nadir torpaq metallarının və əlaqəli texnologiyaların ixracına nəzarətin gücləndirilməsi ilə bağlı iki sənəd dərc edib. Oktyabrın 10-da ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar noyabrın 1-dən və ya ondan əvvəl Çin məhsullarına əlavə 100% tariflər, eləcə də proqram təminatına ixrac nəzarəti tətbiq edəcək. O, həmçinin Çinə digər malların, ilk növbədə təyyarə hissələrinin tədarükünə mümkün məhdudiyyətlər barədə xəbərdarlıq edib.