Sabunçuda 6300 dollarlıq oğurluq - Saxlanılan var

sabuncuda-6300-dollarliq-ogurluq
Oxunma sayı: 612

Sabunçu rayonu Maştağa qəsəbəsində bir nəfər yaşadığı evdən 6300 dollar pul vəsaitinin naməlum şəraitdə oğurlandığını bildirib.

Bu barədə “Qafqazinfo”ya DİN-in mətbuat xidmətindən bildirilib.

Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 28 yaşlı R.Əlizadə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.