24 yaşlı gənc 20-ci mərtəbədən yıxılıb öldü

24-yasli-genc-20-ci-mertebeden-yixilib-oldu
Oxunma sayı: 1580

24 yaşlı Babək rayon sakini Bakıda faciəvi şəkildə ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Əsgərov F.Bayramov küçəsi 11/56 ünvanında yerləşən 24 mərtəbəli binada baş verib.

Belə ki, 2002-ci il təvəllüdlü Ayhan Natiq oğlu həmin binanın 20-ci mərtəbəsindən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.