“Vəziyyət düşündüyüm qədər ağır olmadı”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi iclas zamanı deyib.
Tramp İran ətrafında yaranmış gərginliyə baxmayaraq, neft qiymətlərinin daha da yüksələcəyini gözlədiyini, lakin qiymətlərin ehtimal ediləndən daha az artdığını bildirib.
D.Tramp zərurət yaranarsa, benzin vergisinin müvəqqəti dayandırılmasının da gündəmdə ola biləcəyini qeyd edib.
ABŞ lideri həmçinin İranla bağlı proseslərin uzun çəkməyəcəyini və yaxın vaxtlarda yekunlaşacağını hesab edir.
Son xəbərlər
Son Xəbərlər