İranda ABŞ-İsrail hücumlarında ölənlərin sayı 1937-yə çatıb.
“Qafqazinfo” xəbər verir ki, bunu İranın səhiyyə nazirinin müavini Əli Cəfəriyan mətbuatda açıqlamasında bildirib.
“ABŞ-İsrail hücumlarında 212 uşaq və 240 qadın da daxil olmaqla, 1937 nəfər həyatını itirib. Təxminən 4000 qadın və 1621 uşaq da daxil olmaqla, 24800-dən çox iranlı yaralanıb”, - Cəfəriyan qeyd edib.
Qeyd edək ki, ABŞ, İsrail və İran arasında fevralın 28-dən bu yana müharibə gedir. ABŞ-İsrail hücumlarında İranın keçmiş Ali Lideri Əli Xamenei və çoxsaylı yüksəkvəzifəli şəxslər öldürülüb.
Son xəbərlər
Son Xəbərlər