Lüksdən uzaqlaşıb kənd həyatını seçdi - Fotolar

luksden-uzaqlasib-kend-heyatini-secdi
Oxunma sayı: 1894

Türkiyəli aktyor Burak Hakkı İstanbulun səs-küylü həyatını geridə qoyaraq Çanaqqala bölgəsinə köçüb. 

“Qafqazinfo” “Sözcü”yə istinadən xəbər verir ki, onun yeni həyat tərzi sosial mediada da böyük maraqla qarşılanıb.

Şəhərdən uzaqlaşan aktyor Gelibolu rayonunun Güneyli kəndində satın aldığı geniş ərazidə təsərrüfat yaradıb. O, burada həm də villa tikərək daimi yaşayışını qurub.

Məlumata görə, təsərrüfatında meyvə və tərəvəz istehsalı ilə məşğul olan Burak bu layihəyə təxminən 300 min dollar sərmayə yatırıb.

35 min kvadratmetrlik ərazidə təsərrüfat quran aktyor tez-tez sosial şəbəkə hesabında paylaşımlar da edir. 

Qeyd edək ki, 53 yaşlı Burak Hakkı bir çox layihələrdə rol alıb. Belə ki, o, “Dudakdan Kalbe”, “Kaybolan Yıllar”, “Yer Gök Açk”, “Diriliş Ertuğrul”, “Kızım Nerede?” və bir çox seriallarda əsas rolları canlandırıb.