Ermənistanda üç hərbçi bıçaqlandı

ermenistanda-uc-herbci-bicaqlandi
Oxunma sayı: 471

Ermənistanda ehtiyatda olan üç hərbçi bıçaqlanıb.

“Qafqazinfo” “News.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Vardenis rayonunda qeydə alınıb: “Yaralı əsgərlərin həyatı təhlükədə deyil, onlar xəstəxanada nəzarət altındadırlar. Faktla bağlı araşdırma başlanıb”.