Rolu üçün 3 aylıq kurs keçdi

rolu-ucun-3-ayliq-kurs-kecdi
Oxunma sayı: 925

Türkiyəli aktrisa Tuğba Büyüküstün baş rolda oynayacağı “Sultana” filminin ilk fraqmentindəki rəqsi ilə diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, aktrisa filmdə gecə klubunda rəqs edən Meral obrazı üçün 3 aylıq kurs keçib.

Qeyd edək ki, film yeddi rəqqasənin hekayəsi və onların üzləşdiyi çətinliklərdən bəhs edir.

Rollarda Derya Pınar Ak, Seray Kaya, Begüm Akkaya, Rojbin Erden, İtır Esen və Şirin Sultan Saldamlı da yer alır.