Yevlaxda 62 yaşlı qadının meyiti tapılıb.
“Qafqazinfo” xəbər verir ki, dünən saat 20:30 radələrində 1962-ci il təvəllüdlü Səfərova Zöhrə Səfər qızının meyiti yaşadığı Nərimanabad kəndindəki evdə aşkar edilib. Belə ki, evə daxil olan Z.Səfərovanın qohumları onun meyitini divanın üzərində aşkar ediblər.
İlkin ehtimala görə, Z.Səfərova otaqda quraşdırılmış qazla işləyən qızdırıcı qurğudan ayrılan dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.