Evliliklərinin 25 illiyini qeyd etdilər

evliliklerinin-25-illiyini-qeyd-etdiler
Oxunma sayı: 2625

Hollivud ulduzları Ketrin Zeta-Cons və Maykl Duqlas evliliklərinin 25-ci ildönümünü qeyd ediblər.

“Qafqazinfo” xəbər verir ki, 56 yaşlı aktrisa bu münasibətlə instaqram hesabında bir sıra arxiv fotolarını paylaşıb.

“Səni indi də o vaxtkı kimi sevirəm. Təşəkkürlər, əzizim!”, - Zeta-Cons yazıb. 

Ketrin Zeta-Cons həmçinin paylaşımına 1998-ci ildə Dovildəki film festivalında baş tutan ilk görüşlərinin fotosunu əlavə edib. Görüntülərə Hindistanda Tac-Mahalın qarşısında çəkilmiş səyahət fotosu, romantik selfilər, aktrisanın gəlinlik geyimində olan və digər arxiv şəkilləri də daxildir. 

“25-ci ildönümün mübarək, əzizim Ketrin. Kim düşünərdi ki? Bütün sevgimlə!”, - 81 yaşlı Maykl Duqlas da arxiv fotosunu paylaşaraq həyat yoldaşını təbrik edib. 

Qeyd edək ki, cütlüyün Dilan adlı oğlu və Keris adlı qız övladları var.