Eyfel qülləsi ziyarətçilərə bağlandı

eyfel-qullesi-ziyaretcilere-baglandi
Oxunma sayı: 1324

Fransanın paytaxtı Parisin ən əhəmiyyətli simvollarından biri olan Eyfel qülləsi ziyarətçilərə bağlanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Parisdə turistlərin məşhur məkanı olan qüllənin bağlanmasına səbəb həmkarlar ittifaqının çağırışı ilə Eyfelin işçilərinin tətil etməsidir.

Belə ki, Fransa mətbuatında yer alan xəbərə görə, Paris Bələdiyyəsinin qülləni işlədən SETE şirkətindən tələb etdiyi mənfəət payını yüksək hesab edən tətilçilər bələdiyyədən məqbul maaş istəməsini tələb ediblər.

Qeyd edək ki, qülləyə qalxmaq üçün Parisə gələn turistlər qüllənin qarşısında foto çəkdirməklə kifayətləniblər.