Eyyub Yaqubov Hüseyn Cavid obrazında - Video - Fotolar

eyyub-yaqubov-huseyn-cavid-obrazinda
Oxunma sayı: 1079

Xalq artisti Eyyub Yaqubov musiqili tamaşada ilk dəfə böyük səhnəyə Hüseyn Cavid obrazında çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Yalnız mədəniyyət” tamaşasının quruluşçu rejissoru Əbdülqəni Əliyev sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, layihənin əsas leytmotivi görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin unudulmaz misralarıdır.

Tamaşada Xalq artisti Mehriban Zəki, aktyor Elşən Əsgərov, musiqiçi Vaqif Əsədov, pianoçu pedaqoq Gülsüm Eldarova və C.Cahangirov adına xor kollektivi iştirak edirlər.

Qeyd edək ki, tamaşa martın 5-i Heydər Əliyev Sarayında təqdim olunacaq.