Faciəvi şəkildə ölən Fəridi yad etdilər

facievi-sekilde-olen-feridi-yad-etdiler
Oxunma sayı: 2640

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Xorvatiyanın “Hayduk” klubu ilə oynayan “Zirə” “Neftçi Arena”da keçirdiyi oyundan öncə təsirli addım atıb. 

“Qafqazinfo” xəbər verir ki, futbolçular meydana bir neçə gün öncə dənizdə boğulan klub akademiyasının üzvü Fərid Şahverdiyevin forması ilə çıxıb.

Qeyd edək ki, akademiyanın U-16 komandasının üzvü Şüvəlan çimərliyində faciəvi şəkildə ölmüşdü.