Fatma Hüseynova, yoxsa Əlibala Səlimov?

fatma-huseynova-yoxsa-elibala-selimov
Oxunma sayı: 3789

Azərbaycanda kombaynlar vasitəsilə kütləvi pambıq yığımına başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, "Ağ qızıl" yığımı ilə bərabər, fermerlər də yarışa başlayıb. Sabirabad rayonunun Qaratəpə kəndində pambıq sahəsi olan, 47 ildir pambıqçılıqla məşğul olan Fatma Hüseynova və 45 illik pambıqçılıq təcrübəsinə malik Əlibala Səlimov məhsuldarlıqla bağlı yarışa girib. Rəqib tanımadıqlarını deyən pambıqçılar həmkarlarını da yarışa çağırıb.